RU

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Cennifer Lopes və Ben Afflekin sevgi hekayəsi uzun illərdir medianın diqqət mərkəzindədir. Onlar 2000-ci illərin əvvəllərində "Gigli" filminin çəkiliş meydanında tanış olub nişanlansalar da, o vaxt evlənməyiblər. Uzun illər və başqa münasibətlərdən sonra yolları yenidən kəsişib və 2022-ci ildə nikah masasına oturublar. Lakin xoşbəxtlikləri qısa sürüb, 2024-cü ildə ayrılıblar.

Qaynarinfo xəbər verir ki, bu evliliyin ən böyük yadigarı isə 60,8 milyon dollara alınmış möhtəşəm bir malikanədir. Los-Ancelesdə yerləşən bu ev, onların birlikdə yaşlanmaq arzularının simvolu idi. Lakin boşandıqdan sonra hər iki tərəf üçün "keçmişin kölgəsi"nə çevrilib.

12 yataq otağı və 24 hamamı olan bu dəbdəbəli ev satışa çıxarılsa da, heç kim almaq istəmir. Əvvəlcə 60,8 milyon dollara təklif edilən malikanənin qiyməti əvvəlcə 52 milyon dollara qədər endirilib, amma yenə də alıcı tapılmadı. Keçən il 64 milyon dollara razılaşmaq üzrə olan bir alıcı da son anda geri çəkilib.

Mediada yayılan məlumatlara görə, Ben Afflek xüsusilə bu mülkün bir an əvvəl satılmasını istəyir. Çünki həm Lopes ilə bütün bağlarını qoparmaq, həm də keçmiş həyat yoldaşı Cennifer Qarner və övladlarının yaşadığı əraziyə daha yaxın olmaq niyyətindədir. 

Afflek Lopes ilə birlikdə yaşadığı bu evi heç sevmədiyini və ora köçəndən qısa müddət sonra Qarnerin evinə yaxın bir mənzilə köçdüyünü gizlətməyib.

İctimaiyyətdə bu malikanə artıq "uğursuz ev" kimi tanınır. Lopez boşanma prosesi başlamadan öncə evdəki bəzi dəyərli əşyaların satışa çıxarıldığı da məlum olmuşdu. İndi isə əsas məqsəd bütünlüklə bu malikanədən qurtulmaqdır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
qaynarinfo.az

1Источники