RU

İrəvanda silahlı insident baş verib

BAKI, 20 sentyabr. TELEQRAF

İrəvanın Asratyan küçəsində atışma baş verib.

Teleqraf xəbər verir ki, bu barədə erməi mənbələri məlumat yayıb.

Qeyd edilir ki, Ermənistan Daxili İşlər Nazirliyinə atəş səsləri ilə bağlı zəng daxil olduğu bildirilib. Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin əməkdaşları tez bir zamanda hadisə iştirakçılarının şəxsiyyətini müəyyənləşdiriblər.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, Asratyan küçəsindəki 4 saylı evin həyətində atəş açılıb.

Binanın həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tapança və avtomat silahının gilizlərini aşkar ediblər.

Избранный
35
teleqraf.com

1Источники