RU

Valdas Dambrauskas: “Çox işləməliyik və çıxış yolları axtarmalıyıq”

"Turan Tovuz" Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Qələbə münasibətilə bütün "Sabah" ailəsini, azarkeşləri təbrik edirəm. Bu qalibiyyəti əldə etmək üçün çox çalışdıq. Bu qələbəni "Turan Tovuz" kimi komandalara qarşı qazanmaq bizim üçün daha dəyərlidir. Rəqib müdafiə cəhətdən çox yaxşı təşkil olunmuş komandadır. Ona görə də bizim qələbəmiz daha anlamlı olur. Onlar bizim qapımızda təhlükəli vəziyyət yarada bilmədilər. Bunun amil bizim üçün sevindiricidir. 2-ci hissədə təzyiqimizi daha da artırdıq və nəticəsində 2 qol vuraraq qələbəni əldə etdik. Qələbə qazanmağımıza baxmayaraq daha çox inkişaf etməliyik. Bəzi nöqtələrdə çatışmazlıqlarımız var. Mövqe hücumlarında daha da artırmalıyıq".

- "Sabah" iddialı rəqiblərə qarşı daha yaxşı oyun və nəticə göstərir. Bir qədər zəif komandalara qarşı isə tam əksinə... 

- Sizin də qeyd etdiyiniz kimi, iddiası az olan komandalara qarşı oynamaq daha çətindir. Azərbaycana gəlməmişdən öncə də bu amili bilirdim. Müdafiə futboluna daha çox önəm verən və çox futbolçu ilə öz qapısına daha yaxın oynayan komandalara qarşı nəticə qazanmaq da çətindir. Lakin bu cəhətdən bizim də üzərimizə yük düşür. Çox işləməliyik və çıxış yolları axtarmalıyıq. 

- Yeni transferlərdən razısınızmı? 

- Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm. Çünki hər oyunçum öz üzərində daha çox inkişaf etmək istəyirlər. Mən bütün futbolçularımdan razıyam.

Kaxaber Tsxadadze: “Hədəfimiz Premyer Liqada qalmaqdır”

Adil Şükürov: “Yəqin ki, rəhbərliklə sağollaşacağıq”

“Qəbələ” mövsümdə ilk qələbəsini qazandı - YENİLƏNİB

“Zirə”dən tarixi qol

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

Избранный
31
8
apasport.az

10Источники