RU

İran MAQATE ilə əməkdaşlığı dayandırdı

İranın Ali Milli Təhlükəsizlik Şurasının prezident Məsud Pezeşkianın sədrliyi ilə keçirilən iclasında regional vəziyyət müzakirə olunub. İclasda vurğulanıb ki, İslam Respublikasının siyasəti hazırkı şəraitdə bölgədə sülh və sabitliyin təmin edilməsi üçün maksimal əməkdaşlığa yönəlib.

İctimai Rəy xəbər verir ki, bu gün bununla yanaşı, beynəlxalq arenada bəzi dövlətlərin hərbi əməliyyatlar və sanksiyalarla bağlı atdığı addımlar, o cümlədən üç Avropa ölkəsinin İranın nüvə proqramı ilə əlaqədar düşünülməmiş qərarları diqqətə çatdırılıb.

Bildirilib ki, ölkənin Xarici İşlər Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq və mövzunun həlli ilə bağlı təkliflər irəli sürülsə də, Avropa dövlətlərinin addımları nəticə etibarilə qurumla əməkdaşlığın dayandırılmasına səbəb olub. Şuranın qərarına əsasən, XİN-ə ölkənin milli maraqlarını qorumaq üçün məsləhətləşmələri davam etdirmək tapşırılıb.

Избранный
32
1
ictimairey.az

10Источники