RU

Tudor “Verona” ilə oyunda penalti qərarını sərt tənqid etdi

“Yuventus”un baş məşqçisi İqor Tudor A Seriyasının IV turunda “Verona” ilə keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra hakimliklə bağlı narazılığını dilə gətirib.

90deqiqe.Az xəbər verir ki, "DAZN" çalışdırıcının dediklərini belə çatdırıb.

“Bu absurd penalti idi. Futbolçu topu görmədiyi halda nə etməlidir? Belə penaltilər olmamalıdır. Ancaq futbol oynamayan adamlar belə qərar qəbul edə bilər. Bu, absurd qaydadır. Bundan başqa, “Verona” Qattiyə zərbədən sonra azlıqda qalmalı idi. Mən epizodu aydın şəkildə gördüm”

Xatırladaq ki, Turin klubu 19-cu dəqiqədə hesabı açsa da, fasiləyə qədər üstünlüyünü qoruya bilməyib. Hakim Joau Mariusun əllə oynamasına görə penalti təyin edib, Qift Orban isə bunu qola çevirib

.Qeyd edək ki, “Yuventus” 4 turdan sonra 10 xal toplayıb.

Избранный
30
90deqiqe.az

1Источники