RU

NATO ölkəsi Rusiya hərbi təyyarələrini vurmağa çağırır, əgər...

...NATO öz hava məkanının pozulmasına lazımi cavab verməlidir. Moskvanın bu sahədə təxribatları “son dərəcə məsuliyyətsizlikdir” və Rusiya təyyarələrinin vurulmasına səbəb ola bilər.

SİA-nın məlumatına görə, bu bəyanatda deyilir.

...Ruslar bizim müqavimət qabiliyyətimizi və özümüzü müdafiə etmək əzmimizi sınayırlar. Düşünürəm ki, biz son dərəcə qətiyyətli olmalıyıq və təkrar pozuntular halında, hərbi də daxil olmaqla, müvafiq cavab verməliyik.

Bunu Çexiya prezidenti Petr Pavel bildirib.

...Rusiya çox tez anlayacaq ki, səhv edib və öz sərhədlərini aşıb. Təəssüf ki, biz münaqişənin astanasında tarazlığı saxlayırıq, lakin şərə təslim olmaq sadəcə mümkün deyil. ...Hava məkanının pozulması müdafiə mexanizmlərini işə salmaq və belə bir təyyarəni vurmaq üçün bəhanədir.

Çexiyanın "Novinki" internet nəşri Pavelin sözlərindən sitat gətirib.

Bunu isə heç kim, nə bizim, nə də Rusiya istəmir.

Çexiya prezidentinin sözlərinə görə, “Rusiya bizim (NATO ölkələri – A.B.) icazə verdiyimiz kimi davranacaq”.

Çıxışı zamanı Pavel 2015-ci ilin noyabrında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısının Suriya-Türkiyə sərhədində Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurması hadisəsini xatırladıb.

Əli Babayev

Избранный
13
1
sia.az

2Источники