RU

Rusiya niyə NATO ölkələrinə qarşı təxribatlar edir?

Rusiya Ukraynaya qarşı apardığı müharibədə zəif olduğu üçün NATO-ya üzv dövlətlərə qarşı müxtəlif təxribatlar həyata keçirir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bildirib.

"Rusiyanın bunu etməsinin səbəbi zəif olmasıdır. Onlar başa düşürlər ki, Ukraynada cəbhədə heç bir irəliləyiş əldə etmirlər. Onlar hər gecə hava zərbələri endirirlər, lakin bunun heç bir strateji təsiri yoxdur. Onlar əslində zəif olanda güc nümayiş etdirməyə ümid edirlər. NATO-nun reaksiyasını sınamağa çalışırlar", - Volker qeyd edib.

Volkerin sözlərinə görə, Rusiya da NATO-ya xəbərdarlıq göndərməyə çalışır:

“Mesaj ondan ibarətdir ki, alyans Ukraynaya təslim olmağa təzyiq etməsə, NATO-ya təsir edəcək eskalasiya baş verə bilər”.

Избранный
12
1
axar.az

2Источники