RU

Bakı sakini: "Əvvəl atalar istəmirdilər ki, qızı TV-yə çıxsın, indi fəxr edirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Bakı sakini Azad Ağarəziyev olub.
Uzun illər radioda çalışdığını deyən Azad Ağarəziyev bu günün və o vaxtların televiziya proqramlarını müqayisə edib:
"Əvvəlki verilişlər tamaşaçılara müsbət mənada təsir edirdi. Həmin proqramlarda bayağı söhbətlərə yer verilmirdi. İndi isə efirdə hər şeyi açıb-tökürlər. Buna görə də hazırkı verilişləri izləmirəm".
Onun sözlərinə görə, o vaxtlar bəzi ailələr qızların aparıcı olmasına razılıq vermirdilər:
"Elə diktor var idi ki, işini çox yaxşı görsə də, həyat yoldaşı televiziyada çalışmağa icazə vermirdi. Yalnız radioya keçəndən sonra diktor kimi işləməyə razılıq verdi. Eyni zamanda atalar da qızlarının ekrana çıxmasını istəmirdilər. İndi isə kişilər bununla fəxr edirlər".
Избранный
20
1
oxu.az

2Источники