Avqust ayının sonunda Pentaqon nümayəndələri ABŞ-ın Avropadakı müttəfiqlərini Latviya, Litva və Estoniyaya olan hərbi yardımı azaltmaq niyyəti barədə məlumatlandırıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bu planlar haqqında məlumatı ABŞ müdafiə nazirinin Avropa və NATO ilə bağlı məsələlər üzrə müavini Devid Beyker çatdırıb.
O qeyd edib ki, ABŞ-ın avropalı müttəfiqləri müdafiə sahəsində Vaşinqtondan daha az asılı olmalıdırlar. Beyker əlavə edib ki, Prezident Donald Trampın rəhbərlik etdiyi Ağ Ev administrasiyası ilk növbədə ölkənin öz təhlükəsizliyinə diqqət yetirmək niyyətindədir.