RU

Səhər qəzəbli oyananların ömrü qısalır – alimlərdən xəbərdarlıq

Alimlər xəbərdarlıq edirlər ki, səhər qəzəbli oyanmaq təkcə günü deyil, həm də insan ömrünü qısaldır.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərib ki, belə insanlar kortizol və adrenalin hormonlarını normadan qat-qat artıq ifraz edir. Bu, ürək dərəcəsini və qan təzyiqini yüksəldir, uzun müddətdə isə infarkt və insult riskini artırır. Eyni zamanda immunitet sistemini zəiflədir və bədəni xəstəliklərə qarşı həssaslaşdırır.

ÜST də təsdiqləyib ki, xroniki stress və səhər qəzəbi ürək-damar sistemindən tutmuş immunitetə qədər bütün bədənə təsir göstərir və vaxtından əvvəl ölüm riskini artırır.

Mütəxəssislər qeyd edir ki, səhər qəzəbli oyanan insanlar gün ərzində daha çox münaqişəyə girir, iş performansında azalma yaşayır və sosial münasibətlərdən əziyyət çəkirlər. Bu vəziyyət yığılmış stress, depressiya və narahatlıq kimi psixoloji problemlərə də yol açır.

Səhər qəzəbini azaltmaq üçün 6 məsləhət:

Yuxu cədvəli qurun: hər gün eyni saatda yatıb oyanın, yatmazdan əvvəl elektron cihazlardan uzaq durun.

Stressi idarə edin: nəfəs məşqləri, meditasiya və zehinlilik praktikasından istifadə edin.

Fiziki aktivlik edin: səhər gəzintisi, yoqa və ya yüngül idman əhvalı yaxşılaşdırır.

Balanslı səhər yeməyi yeyin: sağlam qidalanma qan şəkərinin oynamağının qarşısını alır.

Gündəlik rejim qurun: səhər tələsikliyini azaltmaq üçün gecədən planlaşdırma edin.

Peşəkar dəstək alın: problem xroniki hal alırsa, psixoloq və ya psixiatra müraciət edin.

İngiltərədə aparılan araşdırmada iştirak edən alim belə deyib:

“Səhər qəzəbli oyanmaq təkcə günü deyil, ömrü də qısaldır. Bu vərdişi kiçik hesab etməyin, tədbirinizi vaxtında görün”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
28
e-saglam.az

1Источники