RU

“2019-cu ildə həmin sözləri buna görə demişdim” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayındakı çıxışı zamanı bəzi mesajlar verib.

O, bir vaxtlar səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” fikrinə aydınlıq gətirib.

“Mənim 2019-cu ildə “Qarabağ Ermənistandır, nöqtə” sözlərimin izahı, həqiqətən, çox konkretdir. Mən bu bəyanatı sadə səbəbə görə vermişdim - sovet psixologiyası əsasında formalaşan vətənpərvər idim. Ortaya sual çıxır: indi vətənpərvər deyiləmmi? Əlbəttə, vətənpərvərəm. Bəs bu dilemmanı necə həll edək? Səbəb vətənpərvərlik modeli ilə bağlıdır. Əvvəl sovet imperiyası, daha dəqiq desək, onun liderləri – Stalin, Xruşov və Brejnevin modeli əsasında formalaşan vətənpərvər idim. İndi isə cavabım budur: artıq mən Ermənistanın sülh istəyən analarının müəyyən etdiyi vətənpərvərlik modeli ilə vətənpərvərəm”, - deyə o əlavə edib.

Paşinyan həmçinin Qarabağdan gələn ermənilər barədə Ermənistan cəmiyyətində dolaşan fikirlərə aydınlıq gətirib: “Qarabağdan ölkəmizə gələn ermənilər burada Ermənistan vətəndaşı kimi yaşayacaqlar”.

Избранный
10
sportinfo.az

1Источники