Kamçatkada 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət Petropavlovsk-Kamçatski şəhərindən təxminən 180 kilometr şərqdə baş verib.|APA
Tarix: 21 Sentyabr 2025, 08:11