RU

Neft sənayesindən marketlər zəncirinə, BOKT-lara və media təşkilatlarına qədər uzanan yol - Adnan Əhmədzadə kimdir?

Adnan Əhmədzadənin həbsi ciddi hadisədir. O, uzun illər neft satışının əsas lokomativlərindən biri hesab olunurdu. 47 yaşlı A.Əhmədzadə sahib olduğu milyardları və dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə nümayiş etdirməklə də məşhurlaşmışdı. 
Əldə etdiyim məlumata görə, Rumıniya xeyli müddətdir ki, Azərbaycandan aldığı neftin tərkibindən şikayət edirmiş. Onun həbsinin Rusiya ilə əlaqəli olan müəmmalı və qaranlıq hadisələrlə bağlı olduğu da ehtimallar sırasındadır. 
Araşdırmalar aparılıb və nefti digər xam məhsullarla qarışdırıb satmaqla, Azərbaycanın neft sənayesinin şəffaflığına xələl gətirən prosesin başında məhz A.Əhmədzadənin dayandığı məlum olub. 
Qeyd edim ki, A.Əhmədzadə Azərbaycanın bir çox supermarket şəbəkələrinin və bank olmayan kredit təşkilatlarının (BOKT) cəmləşdiyi holdinqə də rəhbərlik edir. Bu şirkətlərin hamısı onun Əkbər adlı bacanağı tərəfindən idarə olunur. "Mega", "Grand", "Bizim", "Bol" şəbəkə marketlərini bir çətir altında - "Mega" brendi ətrafında birləşdirən A.Əhmədzadə, eyni zamanda "Rahat" supermarketlər şəbəkəsinin daxil olduğu "ANC" Groupun da sahibidir. 
"Fintrend", "Azərbaycan Mikro-Kredit" və digər BOKT-maliyyə təsisatları da ona məxsusdur.  Məşhur olmayan bu təşkilatların hansı məqsədlə yaradıldığı da şübhəlidir. 
XÜSUSİ QEYD: A.Əhmədzadənin neft və qeyri-neft sektoru ilə yanaşı, media subyektlərinə də sahib olduğu heç kəsə sirr deyil. Təsadüfi deyil ki, A.Əhmədzadənin həbsi ilə bağlı xəbərlər ona məxsus olduğu iddia olunan media subyektlərində tirajlanmayıb. Məsələn, report.az, baku tv, oxu.az, baku.ws və digər onlarla saytda onun həbsi ilə bağlı xəbərlər yer almayıb. 
Daha bir XÜSUSİ QEYD: 2024-cü ilin sonunda təsis edilən Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasında A.Əhmədzadə əsas söz sahiblərindən biri olub. Palatanın sədri Nüsrət İbrahimovun və hər iki müavininin onun xeyir-duası ilə seçildiyi də söylənilənlər arasındadır. İddialara görə, Palatanın bütün maddi texniki avadanlıqları onun tərəfindən təmin edilib.
Araşdırmalarım davam edir...
Müəllif: Samir Feyruzov

Избранный
11
azia.az

1Источники