RU

Qarabağ əzəli Azərbaycan yurdu kimi tarixi şöhrətini özünə qaytarır

Bakı. Trend:

2023-cü ilin 19-20 sentyabr tarixlərində AzərbaycanOrdusu tərəfindən həyata keçirilən antiterror tədbirləri hər zamandövlətçiliyimizi şərəfləndirən hadisə kimi xatırlanacaq. Xalqımızınnövbəti tarixi zəfərinə çevrilən bu hərbi əməliyyat nəticəsindəAzərbaycanın Qarabağ bölgəsində kök salmış erməni separatizmi məhvedildi. 30 ildən artıq separatçıların nəzarətində olduğu bu doğmayurd yerimizdə dövlət suverenliyimiz tam bərpa olundu, AzərbaycanKonstitusiyasının hüquqi qüvvəsi bərqərar edildi.

Bu baxımdan 20 sentyabr Azərbaycan xalqı üçün əlahiddətarixlərdən biridir. Elə buna görə də cənab Prezident İlhamƏliyevin sərəncamına əsasən, sentyabrın 20-si AzərbaycanRespublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib.Sərəncamda qeyd olunduğu kimi Azərbaycan xalqı bu gün öz müstəqildövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin,şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz,suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycan dövləti 2023-cü ilin 20 sentyabrında erməniseparatizmi ilə yanaşı, Ermənistana və torpaqlarımızda ikincierməni dövlətinin yaradılması xülyasını dəstəkləyən Fransaya qalibgəldi. Digər tərəfdən, Qarabağda erməni separatizminə son qoyulmasıvə Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsi regiondasülhün təmin olunması üçün münbit zəmin formalaşdırdı. MöhtərəmPrezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyüsiyasətin nəticəsi kimi elə bir reallıq yarandı ki, Ermənistanınsülh prosesindən yayınmaq, respublikamızın sülhlə bağlışərtlərindən imtina etmək imkanları əlindən alındı.

Odur ki, Azərbaycan xalqı sentyabrın 20-ni dövlətçiliyimizin vəmüstəqilliyimizin tarixində əlahiddə yeri olan gün kimiqarşılayır.

20 sentyabr tarixi respublikamızda həm də Xankəndi, Xocalı,Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Çünki buşəhərlər 2023-cü il sentyabrın 20-də, antiterror tədbirlərininnəticəsində işğaldan və erməni separatizminin əsarətindən azadedildi. Bu 4 şəhərin hər biri tarixi Azərbaycan yurdudur. Onlarınhər biri xalqımızın zəngin tarixini yaşadan qədim irsə malikdir.1988-ci ildən Qarabağda baş qaldıran erməni separatçıları Xankəndişəhərini özlərinin məkr yuvalarına çevirmişdilər. Xocalıda isəermənilər 1992-ci ildə xalqımıza qarşı soyqırımı cinayəti törətmiş,613 nəfər günahsız azərbaycanlını qəddarlıqla qətləyetirmişdilər.

Azərbaycan xalqı hər zaman inanırdı ki, Prezident İlham Əliyevinqətiyyətli siyasəti ilə digər şəhər və rayonlarımız kimi Xankəndi,Xocalı, Xocavənd və Ağdərə də işğaldan azad olunacaq, bu şəhərlərdədə respublikamızın konstitusion hüquqları bərpa ediləcək. Bu inamheç vaxt xalqımızı tərk etmədi. Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev 2023-cü ilin antiterror tədbirlərininnəticəsi olaraq xalqımızın bu inamını da reallığa çevirdi.Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərnin işğaldan azadolunması ilə hələ Birinci Qarabağ müharibəsində şəhid olmuş bütünhərbçilərimizin və ermənilərin Xocalıda qətlə yetirdiyi dincvətəndaşlarımızın qisası alındı.

2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində,Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarınınərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasıböyük tarixi hadisələr kimi hər birimizə sonsuz qürur və fəxarəthissi yaşatdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərindəkeçirilən Zəfər paradında çıxışında cənab Prezident İlham Əliyev bubarədə deyib:

"Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıqolacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısızbizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərəkAzərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarixgöstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bugünə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik,çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin.Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda vəXankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyükxoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həmAzərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlılarıüçün".

2020-ci ilin payızından işğaldan azad edilmiş ərazilərimizdəbaşlayan bərpa və quruculuq işləri bu gün Xankəndi, Xocalı,Xocavənd və Ağdərə şəhərlərini, o cümlədən Xocalı, Xocavənd vəAğdərə rayonlarının qəsəbə və kəndlərini də əhatə edir. ArtıqXocalı şəhərinə, habelə Xocalı rayonunun Təzəbinə, Ballıca,Xanyurdu, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə, Ağdərərayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli kəndlərinə,Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə, Soskəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. BöyükQayıdışın reallaşdığı bu şəhər və kəndlərin hər birində sakinlərinrahat yaşayışı üçün hər cür şərait yaradılıb.

Qarabağdakı bərpa və quruculuğun möhtəşəm ünvanlarından biri dəXankəndi şəhəridir. Öncə onu qeyd edim ki, bir vaxtlar Xankəndidəseparatçı rejim tərəfindən inşa edilən və şəhərin ümumiarxitekturasını pozan binaların hamısı sökülüb. İndi Xankənditarixi görkəmini özünə qaytarır, Azərbaycan şəhəri kimi yenidənyüksəlir. 2023-cü ildə Zəfər paradının keçirildiyi Xankəndi bu günmötəbər beynəlxalq siyasi tədbirlərə, idman yarışlarına evsahibliyiedir. Ötən ildən fəaliyyət göstərən Qarabağ Uniyversiteti isətələbələrin böyük həvəslə üz tutduqları ali təhsilmüəssisəsidir.

Xankəndidə Biznes Mərkəzinin, Konqres Mərkəzinin, “Bulud”,“Qarabağ”, “Palace” hotellərinin, Nizami Gəncəvi adına 4 nömrəlitam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı,Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikininfəaliyyətə başlaması şəhərin sürətli yüksəlişini özündə əks etdirənquruculuq nümunələridir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin bərpası həm dəPrezident İlham Əliyevin quruculuq əzminin, Azərbaycanın qüdrətininnümayişidir. Bu əzmin və qüdrətin sayəsində sürətlə yenidən qurulanQarabağ əzəli Azərbaycan yurdu kimi tarixi şöhrətini özünəqaytarır.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Избранный
17
6
az.trend.az

7Источники