RU

ABŞ-də toya silahlı hücum olub, ölən və yaralılar var

ABŞ-nin Nyu-Hempşir ştatında silahlı şəxs toyun keçirildiyi kənd klubuna girərək insanlara atəş açıb.

Bu barədə "New York Post" məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Güllədən və atışmadan sonra yaranan xaosda xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

İnsanlara atəş açan şəxs saxlanılıb, hazırda polis onun məqsədini və silahlının konkret olaraq kimisə hədəfə alıb-almadığını müəyyənləşdirir.

Избранный
6
1
news365.az

2Источники