RU

Səhvlərlə gələn məğlubiyyət

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Sabah” Azərbaycan Premyer Liqasının V turunda “Turan Tovuz”u məğlub edib – 2:0. “Bayquşlar” bu mövsüm ilk dəfə ev oyunundan üç xalla ayrılıb.

Oyuna qonaqlar daha yaxşı başlamasına baxmayaraq, ciddi epizod yarada bilmədi. Ümumiyyətlə, “Turan Tovuz” bu mövsüm hücumda dişsizliyi ilə seçilir. Hücum qurmaqda çətinlik çəkən tovuzlular uzun ötürmələrlə rəqib müdafiəsini yarmağa çalışsa da, cəhdlər uğursuz alınırdı.

Fasilədən sonra isə meydan sahibləri daha yaxşı görünən tərəf oldu. “Turan Tovuz”un müdafiəsindəki səhvdən məharətlə istifadə edən “bayquşlar” həm də bu qolla rəqibin müqavimətini qırdı. Qoldan sonra tovuzlular irəliyə atılmağa cəhd göstərsə də, “Sabah”ın yarımmüdafiə xətti oyun üstünlüyünü komandada saxlaya bildi.

Kurban Berdıyev Ayxan Hüseynov, Rəhim Sadıxovu “döyüşə” atsa da, əvəzetmələr gözləniləni vermədi. Əvəzində “Sabah” daha təhlükəli epizodlar yaratdı. Görüşün sonlarında penaltidən bir qol daha vuran “bayquşlar” xüsusilə ikinci hissəsini üstün oynadığı matçdan üç xalla ayrıldı.

İki matç sonra qələbə qazanan “Sabah” turnir cədvəlində 7 xalla 6-cıdır. Komandanın ehtiyatda “Qarabağ”la bir oyunu var. “Turan Tovuz” isə 5 oyundan sonra 9 xal toplayıb və 4-cü pillədə yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
futbolpress.az

1Источники