RU

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı VİDEO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kürdəmirdə 19 yaşlı hamilə qadının əlindən arı sancması nəticəsində barmağında şişmiş vəziyyətdə qalan üzük FHN əməkdaşları tərəfindən çıxarılıb.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, belə ki, Kürdəmir rayonu, Sor-Sor kənd sakini 2006-cı il təvəllüdlü Cəfərova Natavan Ramin qızı evdə olarkən onun əlindən arı sancıb.Arı sancması səbəbindən onun barmağında yaranan şiş və barmaqda olan metal üzük ona problem yaradıb.

 

Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra barmaqdakı üzüyü çıxarmaq üçün əraziyə FHN-in qəza xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Qadına problem yaradan üzük barmaqdan çıxarıldıqdan sonra ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
bizim.media

2Источники