RU

Britaniya qırıcıları Polşa üzərində NATO hava müdafiə missiyasına qoşulub  

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcıları Polşa üzərində NATO-nun hava müdafiə missiyasında iştirak edib.

AZƏRTAC Böyük Britaniya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu addım Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozmasına cavab olaraq atılıb.

Sentyabrın 19-da “RAF Typhoon” qırıcıları NATO-nun şərq cinahını gücləndirmək məqsədilə Polşa səmasına göndərilib. Onlara “RAF Voyager” tipli yanacaqdoldurma təyyarəsi də dəstək verib. Təyyarələr həmin gecə Britaniyanın Linkolnşirdəki “Coningsby” bazasından havaya qalxaraq Polşanı patrul edib və şənbə günü səhər saatlarında geri qayıdıb.

Bu ay ərzində Rusiyaya məxsus PUA-ların Polşa hava məkanına 19 dəfə daxil olması, eləcə də Rumıniya və Estoniyanın hava sərhədlərinin pozulması NATO üzvləri arasında gərginliyi artırıb. Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, bu uçuşlarla NATO hava məkanı müdafiə olunacaq.

Избранный
5
4
azerbaijan-news.az

5Источники