RU

Adnan Əhmədzadənin "Mingəçevir"ə uzanan əli, yaxud Adnanı Rafael Bünyatovla hansı tellər bağlayır?



Dövlət Təhlükəsizliyi Xidməti iş adamı Adnan Əhmədzadə saxlayıb və o iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunuraq həbs olunub.

Onun kim olduğu, hansı işlərlə məşğul olduğunu deməyə yəqin ehtiyac olmaz. Çünki mətbuatda haqqında kifayət qədər məlumat var.

Özü də sosial şəbəkələrdə çox fəaldır. Həyat yoldaşı Gülsəfa Cəfərova "instagram" hesabından müəyyən postları silsə də, Adnan bəyin səhifəsində hələki hər şey olduğu kimi qalıb.

Bu cütlük həmişə yaşadıqları dəbdəbəli həyat tərzini, güzəranlarını paylaşıb göstərməkləri ilə seçiliblər. Sabiq SOCAR məmuru Adnan Əhmədzadə 2023-cü ildən ABDA İnvest adlı şirkət açaraq xaricdə müxtəlif yönlü biznes fəailiyyəti göstərirdi.

Həbsinin təfərrüatını istintaq, məhkəmə bildirəcək. Ona görə hansısa dəqiq fikir bildirmək olmaz. Müəyyən mülahizələr var.

Əsas səbəb kimi son vaxtlar Azeri Light markalı neftlə bağlı baş vermiş problem göstərilir. Beləki axır bir neçə ayda Avropaya çıxan boru xətləri ilə nəql olunan neftimizi bu qitənin bəzi dövlətləri almaqdan imtina etmişdilər. Səbəb kimi məhsulun müəyyən zərərli maddələrlə çirklənməsini göstərirdilər. Belə bir fikir var ki bu təxribatın başında məhz Adnan Əhmədzadə dayanıb.

Təbii ki bu qədər mürəkkəb işi o tək və ya ətrafındakı adamlarla görə bilməzdir. Bəzi versiyalar irəli sürülür. Əsas qüvvə olaraq Moskva göstərilir.

Adnan Əhmədzadənin dünyanın müxtəlif guşələrində əldə etdiyi sərvətlərini saymaqla bitməz. Londonda həyat yoldaşının adına qeydiyyatdan keçirilən massaj salonu, başqa daşınar və daşınmaz əmlakların mənbəyi də yəqin araşdırılacaq.

Adnan Əhmədzadənin son vaxtlar adı futbol mövzusunda da hallanırdı. Dünyanın futbol ulduzları Ronaldinyonu, Messini Azərbaycana gətirib qonaq edən, onların şəninə qalaq-qalaq pullar xərcləyən Adnan bəyin adı bir müddət “Mingəçevir” futbol klubu ilə yanaşı çəkildi.

Bu məsələdə onu dostu Rafael Bünyatov şirnikləndirirdi. Rafael Bünyatov da Adnan Əhmədzadə kimi bir vaxtlar SOCARda çalışıb. Sonra hər ikisi qeyri-dövlət işinə keçiblər. Amma əlaqələri davam edib.

R. Bünyatov ASTA adlı şirkət açıb. Hazırda da onun rəhbəridir. Yeri gəlmişkən, Rafael bəy “Mingəçevir” FK-nın rəhbəridir.

90-cı illərdən Adnan Əhmədzadə ilə iş birliyindədir. Əhmədzadənin maliyyə dəstəyi ilə çox işlər görüb. Onu özünə o qədər yaxın bilir ki, hətta qardaşının oğlu olanda adını Adnan qoyub…

Cənab Prezident, dövlətimiz var olsun ki, düşmən əməllərinin qarşısını alır. Hüquq-mühafizə orqanları sayıqlıqları ilə təxribatçıları tapıb üzə çıxardırlar. İnanırıq ki, bu həbs çox qaranlıq mətləbləri üzə çıxardacaq.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Sima Babayeva
Избранный
11
1
newscenter.az

2Источники