RU

Toyda atışma baş verib - Ölən var

ABŞ-nin Nyu-Hempşir ştatının Naşua şəhərində toyun keçirildiyi kluba naməlum silahlı atəş açıb

Ucnoqta.az xəbər verir ki, bu barədə WHDH telekanalı məlumat yayıb. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Xəbər agentliyinin məlumatına görə, bir kişi toy şənliyi zamanı Sky Meadow Country Club-a girib və bir neçə atəş açıb. O, az sonra polis tərəfindən saxlanılıb.

Hadisənin səbəbi və ölənlərin dəqiq sayı hələlik açıqlanmır.

Избранный
37
ucnoqta.az

1Источники