RU

Bakıda əsas yarışa start verilib - "Formula 2"

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarışda bir sürücü mübarizəni dayandırıb.

Avtosfer.az xəbər verir ki, “Trident” komandasının norveçli pilotu Martinius Stenşorne vaxtından əvvəl yarışı bitirib.

Onun bolidi qəza nəticəsində təhlükəsizlik səddinə çırpılıb.

Xatırladaq ki, sıralama turunda “Dams Lucas Oil” komandasının amerikalı pilotu Cek Krouford birinci, “İnvicta Racing”in üzvü italiyalı Leonardo Fornaroli ikinci, “Prema Racing”dən italiyalı Qabriele Mini üçüncü yeri tutub.

***

Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Məlumata görə, mübarizəyə saat 11:00-da start verilib.

Sıralama turunda ən yaxşı nəticəni "Dams Lukas Oil"dən Cek Krouford göstərib.

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da olacaq.

Избранный
19
6
avtosfer.az

10Источники