RU

İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda iştirak edib (FOTO)

Bakı. Trend:

18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərindəTürkmənistan İnvestisiya Forumu keçirilib.

Trend xəbər verir ki,müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, işadamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadipotensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq vəinvestisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirəolunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini SahibƏləkbərov təmsil edib.

Forum çərçivəsində təşkil edilən “Türkmənistanın investisiyacəlbediciliyi strateji səmərəlilik amili kimi” plenar sessiyasındaiqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. O qeydedib ki, Azərbaycan və Türkmənistanın dövlət başçıları arasındayüksək səviyyəli etimad və qarşılıqlı anlaşma ölkələrimizinəməkdaşlığının gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir.Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyatakeçirir. Ölkələrimiz arasında əməkdaşlıq Orta Dəhlizinsəmərəliliyinin artırılmasında önəmli rol oynayır.Azərbaycan-Türkmənistan tranzit daşımaları istiqamətində son illərartım müşahidə olunur. 2025-ci ilin ilk yeddi ayında tranzitdaşımalarının həcmi 1,28 milyon tona çatıb ki, bu da ötən ilin eynidövrü ilə müqayisədə 13% çoxdur. Bu nəticələr nəqliyyat vəlogistika sektorunda işbirliyinin gücləndiyini əyani şəkildənümayiş etdirir.

Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmişərazilərdə aparılan böyük tikinti-quruculuq işləri və investorlarüçün yaradılan imkanlar, tətbiq edilən güzəştlər, ölkənin stratejinəqliyyat və logistika infrastrukturu, Zəngəzur dəhlizininperspektivləri, Ələt Azad İqtisadi Zonasının və sənaye zonalarınıninvestisiya potensialı barədə məlumat verilib. Nazir müavinienerji, ticarət, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat,kənd təsərrüfatı və s. sahələrdə birgə fəaliyyətingenişləndirilməsi imkanlarını qeyd edib.

İqtisadiyyat
İqtisadiyyat
İqtisadiyyat
Избранный
38
10
az.trend.az

10Источники