RU

Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağır

Naxçıvan, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Sentyabrın 21-i saat 12:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Şahbuz, Culfa və Ordubad rayonun yüksək dağlıq ərazilərinə qar yağır.

Избранный
9
9
azertag.az

10Источники