RU

“Real” şikayətinə rədd cavabı aldı

“Real” rəhbərliyi İspaniya Kral Futbol Federasiyasına (İKFF) ünvanladığı müraciətə mənfi cavab alıb. Paytaxt klubunun şikayəti geri çevrilib.

İKFF-nin İntizam Komitəsi “Real”ın müdafiəçisi Din Höysenin qırmızı vərəqəsinə qarşı verdiyi apellyasiyanı qəbul etməyib. Bu barədə AS nəşri məlumat yayıb. Futbolçu La Liqanın 5-ci turunun “Espanyol”la oyununu buraxmalı olacaq.

Höysen “Real Sosyedad”la matçın 32-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almışdı. Paytaxt klubu buna cavab olaraq İspaniya futbolunda hakimliklə bağlı həm ötən, həm də cari mövsümdə baş verən insidentlərə görə FİFA-ya şikayət etmək niyyətində olduğunu açıqlamışdı.

Избранный
43
football-plus.az

1Источники