RU

AK sədri: Avropa İttifaqı rüsumlar məsələsində öz maraqlarından çıxış edəcək

Avropa İttifaqı Amerika lideri Donald Trampın təklifinə əsaslanaraq Hindistan və Çin üçün avtomatik olaraq 100 faizlik rüsumlar tətbiq etmək niyyətində deyil.

“İki sahil” xəbər verir ki,  bu barədə Belçikanın "Soir" qəzetinə müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

"Aİ öz qərarlarını qəbul edəcək. Bu xahiş prezidentin (Trampın - red.) Rusiyaya təzyiqi artırmaq istəyi ilə bağlıdır... Biz bilirik ki, daha da mürəkkəbləşən geosiyasi vəziyyətdə ümumi maraqlara əsaslanan tərəfdaşlığımızı gücləndirməliyik", - deyə o qeyd edib.

Avropa Komissiyasının sədri izah edib ki, Hindistanın Hind-Sakit okean regionunda təhlükəsizliyin təmin edilməsində artan rolunu nəzərə alaraq Aİ-nin bu ölkə ilə daha sıx əməkdaşlığı hər zamankından daha vacibdir.

"Məhz buna görə biz Aİ-Hindistan yeni strateji gündəliyini elan etdik ki, bunun da prioritetlərindən biri qarşılıqlı müdafiə və təhlükəsizliyimizin gücləndirilməsi olacaq. Biz 2025-ci ilin sonuna qədər hər iki tərəfin müəssisələrinə fayda gətirəcək yeni azad ticarət sazişi bağlamaq niyyətindəyik. Nəticədə bu saziş və digər oxşar sazişlər məqsədlərimizə çatmağa imkan verməklə geosiyasi mövqelərimizi gücləndirir", - deyə AK rəhbəri vurğulayıb.

Избранный
5
3
ikisahil.az

4Источники