RU

Əhaliyə XƏBƏRDARLIQ! Təhlükə yaxınlaşıb...

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Payız fəslinin gəlişi ilə virus infeksiyalarına yoluxma riski də artır.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, qulaq-burun-boğaz həkimi İdil Öztürk bildirib ki, fəsil keçidləri zamanı temperatur dəyişikliyi bir çox xəstəlik kimi yuxarı tənəffüs yolu infeksiyalarına da zəmin yaradır:

“İrsi allergik meyillilik, burun sümüyü əyriliyi və ya burun əti böyüməsi kimi anatomik problemlər səbəbilə ağızdan nəfəs almaq, siqaret çəkmək, nizamsız qidalanmaq infeksiyalara qarşı həssaslığı artırır. Bu xəstəliklər əsasən fəsil keçidlərində və insanların sıx toplaşdığı yerlərdə daha çox rast gəlinir. Damcı yolu ilə yayılır. Az havalandırılan məkanlar yoluxmanı asanlaşdırır. Allergiyaya meyilli olanlar, siqaret çəkənlər, burun quruluşunda əyrilik olan şəxslər və nizamsız qidalanan insanlar daha çox risk altındadır”. Dördpendirli pizza

Həkimin sözlərinə əsasən, müalicə zamanı istirahət əsas şərtdir:

“Hərarəti endirən dərmanlar, bol maye qəbulu və düzgün qidalanma vacibdir. Çünki bu xəstəliklər virus mənşəli olduğundan antibiotik istifadə olunmur. Lakin orta qulaq iltihabı, sinusit, sətəlcəm kimi infeksiyalar əlavə olunduqda antibiotik lazım ola bilər”.

Öztürk virus infeksiyalarından qorunmaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edib:

Əllərin tez-tez və düzgün yuyulması

Sıx məkanlardan uzaq durmaq

Qapalı yerlərin tez-tez havalandırılması

Xəstələrlə yaxın təmasdan çəkinmək

Yaşa uyğun, balanslı qidalanmaq

Hava şəraitinə uyğun geyinmək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
6
yenisabah.az

7Источники