GƏNCƏ, 21 sentyabr. TELEQRAF
Tərtər rayonunun Şırxarx qəsəbə sakini, 2007-ci il təvəllüdlü Fərid Qasımzadə döyülüb və Gəncə şəhərində yol kənarına atılıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gəncə ilkin tibbi yardım göstərilib.
İlkin məlumatlara görə, F. Qasımzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.