RU

Adnan Əhmədzadə kimdir? - Neft oğrusu, qlobal, yoxsa primitiv "moşennik"?


""Maybaxçılar" nədən susurlar"? Nəsimidə İlham Əliyevin partiyasının namizədini Z.Darabzadəyə "qurban verənlər"in səsi niyə çıxmır?!

Adnan Əhmədzadənin həbsi ictimaiyyətin müzakirə etdiyi aktual mövzulardan biridir. Uzun illərdir adı müxtəlif qalmaqallarda hallanan bu şəxsin taleyi indi hüquq-mühafizə orqanlarının əlindədir. Onun haqqında ən ciddi ittihamlardan biri isə dövlətə məxsus resursların şəxsi maraqlar naminə istifadəsi ilə bağlıdır. Şübhəsiz ki, buna hüquq-mühafizə orqanları və məhkəmələr aydınlıq gətirəcək. İllərdir öz media resursları vasitəsilə "uğurlu menecer" obrazı yaratmağa çalışan Əhmədzadə əslində şəxsi ambisiyalarını və talançılıq meyillərini müxtəlif şou xarakterli layihələrin arxasında gizlətməyə çalışırdı. 

Azərbaycan mediasının bir qismini şəxsi maraqlarının ruporuna çevirən, iqtidar mediası üzərində inhisarçılığı həyata keçirən, böyükdən balacaya "hər kəsin damarına uyğun haqq kəsən" Adnanı cəfakeşləri cani-dildən bu gün də müdafiə etməkdədir. "Maybaxçılar" və ətrafındakılar bir cümlə belə bu haqda yazmadılar. Bu gün həmin imic tamamilə darmadagın oldu.

Tarixi təcrübə bir daha təsdiq edir ki, kimliyindən, statusundan və vəzifəsindən asılı olmayaraq dövlətə xəyanət edənlər gec-tez məsuliyyətə cəlb olunurlar. Dünən özünü toxunulmaz hesab edənlərin bu gün süquta uğraması təsadüfi deyil. Ramiz Mehdiyev, Eldar Mahmudov, Ziya Məmmədov, Əli Həsənov Elnur Aslanov,  Eldar Həsənov və başqalarının aqibəti hər kəsə məlumdur və Əhmədzadənin də həmin sıraya qoşulması təəccüblü görünmür. Onların hamısını birləşdirən ortaq cəhət dövlət etimadını şəxsi maraqlara qurban vermələridir.

Əhmədzadənin həbsi həm də cəmiyyətə və bütün idarəetmə sisteminə ünvanlanan açıq mesajdır. Dövlətin iradəsi hər hansı fərdin və ya qrupun maraqlarından daha güclüdür. Prezident İlham Əliyevin ayın az qala yarısını işğaldan azad edilmiş torpaqlarda keçirməsi, beynəlxalq münasibətlər sisteminin ən gərgin mərhələsində belə milli maraqları qoruması və nəticədə ölkəmizin geosiyasi aktorlardan birinə çevrilməsi fonunda bu davranışlar cəzasız qala bilməzdi və qalmadı da. İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa işlərinin getdiyi, ölkənin qlobal enerji bazarında mühüm oyuncuya çevrildiyi bir zamanda sərvətlərimizin oğurlanması, dövlətimizin imicinin zədələnməsi tarixi cinayətdir!

Əgər bu gün Adnan Əhmədzadənin adı hörmət və nüfuzla deyil, oğurluq və saxtakarlıqla yanaşı çəkilirsə, bu, dövlətin ədalət prinsipinə sadiqliyinin göstəricisidir. Azərbaycan cəmiyyəti üçün əsas nəticə aydındır: kimliyindən və mövqeyindən asılı olmayaraq hər kəs qanunun qarşısında cavab verir. Ədalət gec gələ bilər, amma mütləq gəlir! Dövlətin gücü şəxsi maraqlara qurban verilə bilməz və verilməyəcək!

A.N: Jurnalistin peşəsi yazmaqdir və ömür vəfa etdikcə yazacağıq.

Azər Niftiyev
 
 
 

Избранный
29
7news.az

1Источники