RU

Sayns “Williams”la ilk podiumunu şərh edib

 Ispaniyalı Formula-1 pilotu Karlos Sayns Azərbaycan Qran Prisində üçüncü yeri tutaraq “Williams” komandası ilə ilk podiumunu qazanmasına münasibət bildirib.

“Düzünü desəm, hazırda nə qədər xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Bu, ‘Williams’la mənim ilk podiumumdur. Biz bütün il boyu mübarizə apardıq və bu gün sübut etdik ki, sürətimiz var. Hər şey bir araya gəldi, heç bir səhv buraxmadıq. Komandadakı hər kəsdən inanılmaz dərəcədə qürur duyuram. Mövsüm bizim üçün asan keçmədi, amma düzgün istiqamətdə irəliləyirik. Mənə tez-tez bəxtsizliklər rast gəlib, amma həyat belədir – uğursuz anlar da olur, sonra isə yaxşı şeylər baş verir”, — deyə Sayns yarışdan sonra bildirib.

Səbuhi MƏMMƏDOV

XQ

 

Избранный
14
2
xalqqazeti.az

3Источники