RU

Antiterror əməliyyatında şəhid olan hərbçinin xatirə bulağının açılışı olub

2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olan Rəsul Teymurovun xatirəsinə olan şəhid bulağının açılışı olub.

Bulaq şəhidin doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində inşa edilib.

Açılış mərasimində rayon rəsmiləri, şəhidin doğmaları, veteranlar, müəllimlər, şagirdlər və sakinlər iştirak ediblər.

Çıxış edənlər şəhid R. Teymurovun keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.

Qeyd edək ki, Teymurov Rəsul Yusif oğlu 1997-ci ilin yanvar ayının 1-də Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya gəlib. Orta təhsilini Şəhid C.Məhərrəmov adına 1 saylı Xırmandalı kənd tam orta məktəbində alıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmət ordeni" ilə təltif edilib.

 

 

(Report)

Избранный
16
2
moderator.az

3Источники