Sosial şəbəkələrdə Şamaxıda 15 yaşlı qıza nişan mərasimi keçiriləcəyinə dair məlumatlar yayılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Şamaxı rayonunun Qızmeydan kəndində yeniyetmənin nişan mərasiminin keçiriləcəyi barədə yayılan iddialarla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.Əlavə məlumat veriləcək.