RU

Avstraliya Fələstini tanıdığını elan edəcək?

Avstraliya

Avstraliya Böyük Britaniya və digər Avropa ölkələrinin ardınca yaxın zamanda Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edəcək. Ulusum.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adı açıqlanmayan yüksək vəzifəli şəxsə istinadən məlumat verib. "Avstraliya Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstin dövlətini birtərəfli tanıdığını elan edəcək", - deyə nəşr yazır. Daha əvvəl KİV Böyük Britaniyanın bazar günü, Nyu-Yorkda Baş Assambleyanın yüksək səviyyəli həftəsi başlamazdan əvvəl Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirmişdi.Nəşr qeyd edir ki, Avstraliyanın bu addımı ABŞ-nin etirazlarına baxmayaraq, atılır. "Biz onlara bunun məqsədəuyğun olmadığını dedik", - məqalədə qeyd olunur.R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Şəhid Nicat Nəzərlinin ailəsi onu qürurla yad edir

Избранный
25
8
ulusum.az

8Источники