RU

Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? “Öz mahnılarını oxuyacam” AÇIQLAMA

ain.az bildirir, Moderator.az portalına istinadən.

Sentyabr ayının 28-də dünya şöhrətli sənətkar Zeynəb Xanlarovanın adını daşıyan nəvəsinin toy mərasimi baş tutacaq. “Gülüstan” sarayında keçiriləcək toyda siyasətçilər, iş adamları və müxtəlif sənət nümayəndələri iştirak edəcək. Zeynəb Xanlarovanı özünə kumir seçən müğənnilər çoxdur. Bu sənətçilərdən biri də daim onu görmək arzusuyla yaşayan və ona olan sevgisini mahnılarında yansıdan müğənni Fədayə Laçındır. Deyilənə görə Zeynəb Xanlarovanın da rəğbət bəslədiyi Fədayə Laçın toya dəvət alan məşhurlar sırasındadır. Xəbərin doğru olub-olmadığını bilmək üçün müğənni ilə əlaqə saxladıq.

Moderator.az-a açıqlama verən Fədayə Laçın bildirib ki, Zeynəb Xanlarovanın nəvəsinin toyunda iştirak etməyəcək:

“Allah mübarək etsin. Əlbəttə ki, toya dəvət alsaydım mənə xoş olardı. Sevə-sevə gedib iştirak edərdim. Zeynəb xanımın mahnılarını ifa edib, hamısını bir-birinin ardınca muncuq kimi düzərdim (gülür). Amma mən dəvət olunmamışam. Azərbaycanda olsam belə dəvət olunmadığım yerə getmərəm mən. Bəlkə də bir çoxları düşünür ki, Zeynəb xanıma olan sevgimdən dolayı dəvət olunmasam belə, Azərbaycanda olsam gedərəm. Əsla! Bu düzgün deyil. Utanıram. Buna adamda üz lazımdır. Yenə də qismət. Mən sənətkarın nəvəsinə xoşbəxtlik, səadət arzulayıram. Zeynəb xanımı mən bir dəfə konsertdə görmüşəm, görüşmüşəm, əlindən öpmüşəm. Həmin konsertdə mən onun bir mahnısını ifa etmişdim, səhnədən düşüb estafeti digər müğənnilərə verməli idim. Zeynəb xanım ifamı bəyəndiyindən göstəriş vermişdi ki, Fədayə oxusun. Mən də canlı formada onun mahnılarını ard-arda ifa etmişdim. O da məni çox sevdiyini, yaxşı oxuduğumu söyləyib. Ondan sonra görüşməmişik. Can atmamışam da. Çünki mən sevəndə ürəyimdə sevirəm. Özüm üçün sevirəm. Mən Zeynəb xanımla görüşsəm də, görüşməsəm də onu sevirəm” deyə müğənni bildirib.

Zeynəb Xanlarova da çıxışlarından birində Fədayə Laçın haqda bu sözləri bildirib:

“Fədayə Laçın yaxşı oxuyandır. O oxuyanda xoşum gəlir. Özü də deyəsən Laçındandır” deyə bildirib.

Qeyd edək ki, sənətçinin nəvəsinə 2023-cü ildə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində vəzifə verilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
moderator.az

2Источники