RU

Astaranın Züngüləş kəndindən sel keçdi

Cənub bölgəsinə düşən intensiv yağıntılar nəticəsində bəzi ərazilərdən sel keçib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, səhər və günorta saatlarında yağan güclü yağış Astaranın ucqar dağlıq kəndi olan Züngüləşdən selin keçməsinə səbəb olub.

Yalnız intensiv yağıntılar zamanı suyun axdığı kanalların səviyyəsi maksimum həddə çatıb. Kənd sakinlərinin sözlərinə görə, gecə saatlarında da yağış davam edərsə, sel sularının ətraf ərazilərə yayılması istisna edilmir.

Hazırda da bölgədə yağıntılı hava müşahidə olunur.

Избранный
9
teleqraf.com

1Источники