RU

Suriyada parlament seçkilərinin vaxtı məlum oldu

Suriyada Xalq Məclisinə (parlament) seçkilər oktyabrın 5-nə təyin edilib.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ali Seçki Komissiyası məlumat yayıb.
 
Bildirilir ki, Suriyanın bütün əyalətlərində seçkilər 5 oktyabr 2025-ci il tarixinə uyğun gələn miladi 1447-ci il Rabiah əs-Sani ayının 13-ü bazar günü keçiriləcək.
 
Qeyd edilir ki, bu seçkilər keçmiş prezident Bəşər Əsədin hakimiyyətinin başa çatmasından sonra ilk olacaq.
 
Qeyd edək ki, 8 dekabr 2024-cü ildə silahlı müxalifət qüvvələri Dəməşqə daxil olduqdan sonra Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkədən qaçıb.
Избранный
15
4
moderator.az

5Источники