Misli Premyer Liqa V tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.
"Kimyaçılar" hazırda 10 xalla liderlər qrupundadır.
"Ağ-qaralar" isə ilk 4 turda qələbə qazana bilməyib və 3 xala malikdir.
Onların heyətində cəzalı İqor Ribeyrodan başqa itki yoxdur.
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov ötən mövsümün gedişində "Sumqayıt"ı tərk edərək paytaxt klubuna keçmişdi.
Misli Premyer Liqası, V tur
21 sentyabr (bazar)
19:30. “Sumqayıt” – “Neftçi” 0:0 (Birinci hissə)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu