RU

İsrail ordusu: 36 cı diviziya Qəzzaya daxil olur

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin 36-cı diviziyası iki həftəlik intensiv hazırlıqdan sonra Qəzza şəhərinə quru bölmələrinin yeridilməsinə başlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

“36-cı diviziyanın qoşunları təxminən iki həftəlik genişmiqyaslı döyüş əməliyyatlarına hazırlıqdan sonra “Gideonun Arabaları – 2” əməliyyatı çərçivəsində Qəzza şəhərinə daxil olmağa başlayıb,” – bəyanatda deyilir. Mətbuat xidməti qeyd edib ki, “son günlərdə Qəzza zolağında onlarla terror hədəfinə zərbələr endirilib ki, döyüş zonasını ayırmaq və quru qoşunlarının bu əraziyə daxil olmasını təmin etmək mümkün olsun.”

Ordu nümayəndəsi bildirib ki, “İsrailin mülki əhalisini qorumaq üçün lazım gəldikcə Qəzza zolağında fəaliyyətini davam etdirəcək.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
8
apa.az

9Источники