RU

Səmada Rusiya–NATO qarşıdurması: qırıcılar havaya qalxdı  

NATO növbəti dəfə Rusiya təxribatına cavab olaraq qırıcılarını havaya qaldırıb.

Musavat.com xəbər verir ki, hadisə Almaniyanın Rostok-Lage bazasında qeydə alınıb.

Məlumata görə, iki “Eurofighter” tipli təyyarə təcili qalxış edib. Səbəb isə Baltik dənizi üzərində uçuş planı və rabitəsi olmayan naməlum hava gəmisinin görünməsi olub. Vizual tanınmadan sonra həmin təyyarənin Rusiyaya məxsus İl-20M olduğu müəyyən edilib.

Moskva yenə nümayişkaranə şəkildə NATO sərhədlərini sınağa çəkir. Alyansın reaksiyası isə göstərir ki, hər dəfə Rusiya belə addımlar atdıqca, NATO da öz hava məkanını qorumaq üçün qətiyyətlə cavab verir.

Ekspertlərin fikrincə, Rusiya bu cür addımlarla həm Qərbə təzyiq göstərir, həm də regionda sabitliyi pozmaq üçün yeni gərginlik ocaqları yaradır.

Musavat.com

Избранный
4
musavat.com

1Источники