RU

Baqram aviabazasında GÜCLÜ PARTLAYIŞ

Əfqanıstanın Pərvan vilayətinin Baqram rayonundakı eyni adlı hərbi bazanın qapısında partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Jomhur" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu keçid məntəqəsi regionda əsas hərəkət mərkəzidir.

“Pərvan əyalətindəki yerli mənbələr “Si Dukan” kimi tanınan Baqram aviabazasının dördüncü qapısı yaxınlığında partlayışın baş verdiyini bildirib”, - agentlik yazıb.

Partlayışın səbəbi məlum deyil. Bəzi mənbələr bunun ya raket, ya da PUA hücumu ola biləcəyini iddia edir.

Избранный
3
publika.az

1Источники