RU

Suriyada seçki təxirə salındı

Suriyanın Xalq Şurasına (birpalatalı parlament) seçki oktyabrın 5-nə təxirə salınıb.

Axar.az xəbər verir ki, "Al Hadath" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, səsvermə əvvəlcə sentyabrın 15-20-nə təyin edilmişdi:

"Bununla belə, bu həftə seçki komissiyası seçkinin maddi-texniki səbəblərə görə təxirə salınacağını açıqladı, xüsusən də ölkədə gedən döyüşlər və əhalinin yerdəyişməsi səbəbindən etibarlı vətəndaşlıq qeydlərinin olmamasına görə".

Избранный
7
1
axar.az

2Источники