BAKI, 21 sentyabr, TELEQRAF
İsrail ordusunun 36-cı diviziyası Qəzza şəhərində quru əməliyyatlarına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“36-cı diviziyanın qoşunları iki həftəlik hazırlıqdan sonra “Gideonun Arabaları – 2” əməliyyatı çərçivəsində Qəzza şəhərinə daxil olur. Məqsəd İsrailin mülki əhalisinin təhlükəsizliyini qorumaq üçün terrorçuların sığınacaqlarını məhv etməkdir” – məlumatda bildirilir.