RU

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlanıb.

SİA-nın məlumatına görə, AFFA-dan bildiriblər ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 22-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq, sentyabrın 25-dən oktyabrın 5-dək isə MDB Oyunları ilə əlaqədar Qəbələdə beynəlxalq turnirdə iştirak edəcək.

Komandanın heyətinə bu futbolçular cəlb olunub: Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Əhəd Hacızadə, Tunar Bayramov, Arda Əzizli, Yusif Orucəliyev, Daniil Rəcəbov, Mehdi Hüseyn, Əli Bəşirov (hamısı “Qarabağ”), Kamal Camalzadə, Ruslan Quliyev, Şikar Şikar, Qaffar Babayev (hamısı “Neftçi”), Cəfər Cəfərzadə, Nihat Hüseynzadə, Vaqif Məmmədli, Firdovsi Şeydayev, Ruslan Əbilov, Xəzər Hüseynzadə (hamısı “Sabah”), Raul Paşayev (“Zirə”), Nicat Əhmədzadə (“Marcet”, İspaniya).

Избранный
55
14
sia.az

10Источники