RU

“Roma” “Latsio” üzərində qələbə qazandı

İtaliya A Seriyasının IV turu çərçivəsində keçirilən Roma derbisində “Roma” klubu “Latsio”nu 1:0 hesabı ilə məğlub edib. 

90deqiqe.Az-ın məlumatına görə, oyuna ev sahibliyi edən “Olimpiko” stadionunda qarşılaşmanın yeganə qolunu 38-ci dəqiqədə Lorenso Pelleqrini vurub. Qola isə Matias Soule asist edib.

86-cı dəqiqədə isə “Latsio”nun futbolçusu Reda Belahyan qırmızı vərəqə alaraq meydandan çıxarılıb.

Bu nəticədən sonra “Roma” xalını 9-a çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “Lazio” isə 3 xalla 14-cü sırada qərarlaşıb.

Növbəti turda 28 sentyabrda Roma baş məşqçi Can Pyero Qasperininin rəhbərliyi altında “Verona” ilə qarşılaşacaq, “Lazio” isə bir gün sonra baş məşqçi Mauritsio Sarrinin komandası olaraq səfərdə “Cenoa” ilə üz-üzə gələcək.

Избранный
51
90deqiqe.az

1Источники