Üç qat Paralimpiya çempionu paraüzgüçümüz Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən Paraüzgüçülük üzrə Dünya çempionatının ilk günündə qızıl medal qazanıb.
“Paralel.az ” xəbər verir ki, o, 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə göstərib.
Dördüncü dəfə dünya çempionu olan idmançımız 27 sentyabradək davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.