RU

Taliban rəhbərliyi qaçmağa hazırlaşır – istiqamət Rusiya

Əfqan mediasının məlumatına görə, Talibanın əmiri Hibatullah Axund Trampın xəbərdarlığından sonra gizlənib, onun harada olması bilinmir.

Musavat.com bildirir ki, xəbərlərə əsasən, ABŞ-ın prezidenti Donald Tramp "Baqram" aviabazasının Vaşinqtonun nəzarətinə qaytarılmamasına görə taliblərə “sürprizlər” vəd etdikdən dərhal sonra Axund yaşadığı yeri tərk edib.

"Arg Times" və digər mənbələr yazır ki, Taliban rəsmiləri mümkün ssenarilərə hazırlaşaraq Rusiyaya qaçış planlarını nəzərdən keçirirlər. Əfqanıstandakı mövcud hərbi-siyasi vəziyyətin nəzarətdən çıxacağı halda, yüksək vəzifəli talib rəsmilərinin Rusiyaya köçməsi ehtimal olunur.

Bundan başqa, Taliban nümayəndələrinin İrana və Pakistana da qaçış variantlarını araşdırdıqları bildirilir.

Musavat.com

Избранный
17
musavat.com

1Источники