RU

Azərbaycan paraüzgüçüsü Sinqapurda dünya çempionu olub

Bakı. Trend:

Azərbaycanın üç qat paralimpiya çempionu Raman Salei (S12kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilənparaüzgüçülük üzrə dünya çempionatının qalibi olub.

Bu barədə Trend-əMilli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

İdmançı yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzməüsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.

Qeyd edək ki, dördüncü dəfə dünya çempionu olan R.Saleisentyabrın 27-nə qədər davam edəcək yarışda 100 metr məsafəyəsərbəst, "butterfly" (kəpənək) və 50 metr məsafəyə sərbəst üzməüsullarında da mübarizə aparacaq.

Избранный
19
20
az.trend.az

10Источники