Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin III MDB Oyunları üçün heyəti açıqlanıb.
"Cebheinfo.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 22-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Sentyabrın 25-dən oktyabrın 5-dək isə MDB Oyunları ilə əlaqədar Qəbələdə beynəlxalq turnirdə iştirak edəcək.