Misli Premyer Liqa V tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün son matçında "Sumqayıt" "Neftçi"ni qəbul edib.
"Kimyaçılar"ın hazırda 10 xalı var. "Ağ-qaralar" isə cari mövsüm ilk qələbəsini qazanaraq xallarının sayını 6-ya çatdırıb.
Onların heyətində cəzalı İqor Ribeyrodan başqa itki yoxdur.
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov ötən mövsümün gedişində "Sumqayıt"ı tərk edərək paytaxt klubuna keçmişdi.
Misli Premyer Liqası, V tur
21 sentyabr (bazar)
19:30. “Sumqayıt” – “Neftçi” 0:2
Qol: Ağadadaş Salyanski, 79. Alessio Kurçi, 90+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu