“Verder” klubunun hücumçusu Viktor Bonifase bir neçə qızla eyni vaxtda münasibətdə olmağın riskləri barədə tövsiyələrini paylaşıb.
90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb:
“Bədəninizə hörmətsizlik etmək və fərqli qızlara pul xərcləmək sizə heç nə qazandırmayacaq. Özünüz üçün bir və ya iki qız seçin. Maksimum üçlə sakitləşin. Əgər çətin dövrdən keçirsinizsə, dörd də olar – problem deyil”.
Qeyd edək ki, nigeriyalı daha əvvəl “Bude-Qlimt”, “Union” və “Bayer” klublarında çıxış edib. Leverkuzen təmsilçisi ilə o, Bundesliqanı, Almaniya Kuboku və Superkubokunu qazanıb. Nigeriyalı hücumçunun yayda “Milan”a keçidi isə tibbi müayinədən keçə bilmədiyi üçün baş tutmayıb.