RU

Saşa İliç: "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir"

"Neftçi" Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Saşa iliç oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslarından istifadə etmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldur da, belə şeylər olur".

Futbolçu kimi "Neftçi"yə qarşı oynamışdınız. Bu dəfə baş məşqçi kimi "Neftçi"yə rəqib oldunuz...

- Bəli, əvvəl futbolçu kimi oynamışdım. Bir dəfə təsnifat mərhələsində və qrup mərhələsində. Həmin görüşlər fərqlidir. Oyunçu və məşqçi kimi deyirəm. "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir.

Son iki matçda "Sumqayıt"ın oyununda eniş var. Bunu özünüz görürsüz və nə deyərdiz?

- Mən belə fikirləşmirəm. Çünki bəzi səhvlərimiz oldu və qolları ondan sonra buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq.

- Ən çox hansı epizoda təəssüfləndiniz? Aleksander Ramalinqomun iki qol epizodu oldu...

- Elə qeyd etdiyiniz qol epizodları var idi. Üç vuracağımız epizod oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.

Избранный
29
4
fanat.az

10Источники